"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" PSJ-nin 18 yaşlı hücumçusu Mahamadu Sanqre ilə anlaşıb. Klub adıçəkilən futbolçu üçün Paris təmsilçisinə ödəniş etməyib, onu azad agent olaraq heyətinə cəlb edib.
Tərəflər arasında şifahi razılıq əldə olunub və 18 yaşlı futbolçu tibbi müayinədən keçəcək. Klub rəhbərliyi PSJ-dən gənc talantı transfer etdiyi üçün məmnundur.