West Ham-in futbolçusu Andrey Yarmolenko zədələnib. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın 9-cu turunda Tottenham-lə oyunda zədələnən ukraynalı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Yarmolenko yay transfer pəncərəsi dövründə Dortmund Borussia-sından West Ham-ə transfer edilmişdi.