Manchester United futbolçusu Luk Şounun müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu 2023-cü ilə qədər “qırmızı şeytanlar”ın formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu yeni müqaviləsi haqda bunları deyib: “Bura gəlməyimdən artıq 4 il keçir. Mənə yeni müqavilə təklif etdikləri üçün onlara təşəkkür edirəm. Böyük klubdayam və bundan qürur duyuram. Hələ gəncəm, özümü daha da inkişaf etdirəcəm. Mənə dəstək olan hər kəsə minnətdaram. Onların ümidlərini doğruldacam”.

Luk Şou Manchester United-ə 2014-cü ildə Southampton-dan transfer edilib.