Mohamed Salahın "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. 

Offsideplus.az xəbər verir ki, misirli hücumçu ilə "Əl Hilal" klubu da maraqlanır. Salah Mersisayd təmsilçisi ilə müqaviləni yeniləməsə, Səudiyyə Ərəbistanı klubu iyulda onu azad agent kimi transfer etməyə çalışacaq.

Ərəblər 2028-ci ilədək sözləşmə təklif edir və Salaha böyük məbləğdə məvacib verməyə hazırdırlar. Onlar Neymarı misirli ulduzla əvəzləməyi düşünür.