Manchester United-in yarımmüdafiəçisi Antoni Marsyalın Premyer Liqanın VIII turunda Newcastle-in (3:2) qapısından keçirdiyi top komandaya baha başa gəlib.

Offsideplus.az “Old Trafford”dakı qarşılaşmada fransalı oyunçu “qırmızı şeytanlar”ın heyətində 25-ci qolunu vurub.

Manchester United 2015-ci ildə onu Monaco-dan transfer etdiyi zaman klublar arasındakı razılığa görə, Marsyal 25 qol həddinə çatdığı zaman ingilislər qarşı tərəfə 10 milyon avro bonus ödəyəcək. 23 yaşlı hücumameyilli futbolçu 25-ci qolunu vurduğundan, Knyazlıq klubu büdcəsinə 10 milyon avro əlavə edəcək.

Qeyd edək ki, Manchester United Marsyalı 60 milyon avroya transfer etmişdi. (matc.az)