"Milan"ın futbolçusu Teyani Reyndersi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbəyə görə, hücumameyilli yarımmüdafiəçisi "Arsenal"ın diqqət mərkəzindədir. London təmsilçisinin 26 yaşlı oyunçu üçün klubuna 50 milyon avro ödəmək istədiyi bildirilir.
Cari mövsüm Reynders bütün turnirlər daxil 17 matça çıxıb. O, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.



