"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubu ilə olan müqaviləsini yeniləyib. 

Offsideplus.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Mənbəyə görə, təcrübəli mütəxəssislə hazırkı müqavilənin müddəti 2025-ci ilin iyunun sonuna kimi artırılıb.

Qeyd edək ki, sözügedən çalışdırıcı 2016/17 mövsümünün əvvəlindən "Mançester Siti"yə rəhbərlik edir.