"Liverpul" Mohamed Salahın komandadan ayrılacağını nəzərə alaraq onun yerinə yeni oyunçu gətirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" "Lyon"un gənc ulduzu Rayan Çerkini hədəfə alıb. Bu barədə "Daily Mail" məlumat yayıb.
Premyer Liqa klubu qış "transfer pəncərəsi"ndə 21 yaşlı futbolçu üçün fransızların qapısını "döyəcək".
Qeyd edək ki, Liqa 1 təmsilçisi ciddi maliyyə problemləri səbəbindən aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzə qalıb. Buna görə də yüksək məbləğdə təklif gələcəyi halda dəyərləndirəcəyi gözlənilir.