"Liverpool" rəhbərliyi Almaniyanın "adidas" şirkəti ilə strateji əməkdaşlıq qurmaq qərarına gəlib və bununla bağlı razılıq əldə edib.

Offsideplus.az bu barədə "Sky Sports"a istinadən məlumat verir.

Bildirilir ki, müvafiq müqavilə sözügedən klubun tarixində ən böyük müqavilə olacaq.

Tərəflər beş illik müddətə qüvvədə olacaq müqavilə imzalayacaqlar. "Mersasaydlar" hər il texniki sponsorlarından təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) qazanc əldə edəcəklər.