"Atletik" Niko Uilyamsla yollarını ayıra bilər.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu Premyer Liqa nəhəngi "Arsenal"ın "radar"ındadır.
"Arsenal"ın çalışdırıcısı Mikel Arteta Uilyamsın transferini şəxsən dəstəkləyir və uzun müddətdir onun oyununu diqqətlə izləyir.
22 yaşlı ispaniyalı yarımmüdafiəçi keçən mövsüm La Liqada 31 matçda forma geyinib, 5 dəfə rəqib qapısına yol tapıb və 11 məhsuldar ötürmə verib.