“Tottenhem”in yeni hücumçu axtarışlarına davam edir.

Offsideplus.az xəbər verir ki, London klubu əvvəlcə “Bornmut”dan Dominik Solankeni transfer etmək üçün uzun müzakirələr aparmışdı. Lakin indi klubun "radar"ına İngiltərə yığmasının və “Brentford”un forvardı İvan Toni düşüb.

Klub hücumçusunu 30-40 milyon avro arasında bir məbləğə satmağa hazırdır.

Xatırladaq ki, Toni ötən mövsümün ilk yarısını cəza səbəbindən buraxmışdı.