Premyer Liqanın 25-ci turunun "Fulhem" - "Aston Villa" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, beləliklə, "aslanlar" London klubları ilə İngiltərə çempionatı matçlarında qələbə seriyasını çoxaldıblar. “Fulhem” üzərində qələbə Birmingem komandasının İngiltərə paytaxtından olan rəqibləri üzərində Premyer Liqada ardıcıl 10-cu qələbəsi olub.

"Aston Villa"nın nailiyyəti bu göstəriciyə görə Premyer Liqa rekordunu təkrarlayıb. Əvvəllər yalnız Liverpul 2019-cu ilin martından 2020-ci ilin iyununa qədər İngiltərə çempionatında Londondan olan rəqiblərlə görüşlərdə ardıcıl 10 qələbə qazanmışdı.