İngiltərə Premyer Liqasında 9-cu turun oyunları İsrail və Fələstində hərbi əməliyyatlar zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.
Offsideplus.az xəbər verir ki, İngiltərədə növbəti - 9-cu turun oyunları oktyabrın 21-dən 23-dək keçiriləcək.
Futbolçular və komanda məşqçiləri, eləcə də rəsmi şəxslər matçlara qara sarğılarla gedəcəklər. Həmçinin Premyer Liqa özü silahlı münaqişə qurbanlarının ehtiyacları üçün Qırmızı Xaç Komitəsinə ianə edəcək.