"Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Vest Hem"in mərkəz müdafiəçisi Nayef Aqerlə güclənmək istəyir.

"Liverpul" 27 yaşlı mərakeşlini qış transfer dövründə sıralarına qatmağı planlaşdırır.

Qeyd edək ki, Aqerlə "Mançester Siti" də yaxından maraqlanır.