"Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "talkSPORT"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvilli sıralarına qatmağa çalışır.

"Qırmızılar" 20 yaşlı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərəcək. 

Qeyd edək ki, Kolvillin "Çelsi" ilə 2025-ci ilədək müqaviləsi var.