İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Münhen "Bavariya"sının yarımmüdafiəçisi Rayan Qravenberçi sıralarına qatmaq istəyindən dönmür.

"Qırmızı şeytanlar" 20 yaşlı futbolçu üçün yenidən təklif göndərəcək.

Bildirək ki, Qravenberçin "Bavariya" ilə 2027-ci ilədək müqaviləsi var.