"Mançester Yunayted" komandanın ön xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın gündəminə gələn son olaraq, "Roma"nın forvardı Temmi Abraham gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərə görə, Mançester təmsilçisinin transfer siyahısının ilk pilləsində Harri Keyn yer alıb. Lakin futbolçunun "Tottenhem"lə müqaviləsinin bitiminə 1 il qalması rəğmən, londonlular onun üçün yüksək məbləğ tələb edir. Bu səbədən "MY" Keynin keçidini reallaşdıra bilməyəcəyin anlayır və bütün diqqətini Abrahama yönəldib.  

"Çelsi" sabiq futbolçusu Abrahamın müqaviləsinə 70 milyon avro qarşılığında geri satınalma maddəsi əlavə etdiyindən, bu transferin heç də ucuz olmayacağı vurğulanıb. Belə olduğu təqdirdə isə "Mançester Yunayted"in "Napoli"nin hücumçusu Viktor Osimhenə yönələ biləcəyi haqqında məlumat verilib.

Qeyd edək ki, Abraham cari mövsüm "Roma" ilə 45 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.