İngiltərənin "Arsenal" klubu yayda heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, "topçular" Münhen "Bavariya"sının niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberçi transfer etməyə çalışır.

Bu barədə məlumatı məşhur insayder Fabrisio Romano yayıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən ildən "Bavariya"da çıxış edir.