İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Rayan Qravenberçi sıralarına qatmaq niyyətindədir.

Premyer Liqa klubu 20 yaşlı niderlandlı üçün qarşı tərəfə 31 milyon dollar təklif edib.