Müqavilə ilə London "Arsenal"ına məxsus olan "Renn"in hücumçusu Folarin Baloqanı İtaliya A Seriyası klubları transfer etmək istəyir.

Offsideplus.az 21 yaşlı ingiltərəli hücumçu "Milan", "Napoli", "İnter" və "Latsio"nun maraqlarını cəlb edib. Folarin İngiltərə klublarının da diqqət mərkəzindədir. 

Qeyd edək ki, Baloqan cari mövsüm Fransa çempionatında 23 oyun keçirib və 15 qola imza atıb.