Fransanın PSJ klubu baş məşqçi postuna məşhur mütəxəssisi gətirmək niyyətindədir.
Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı komandanın "sükanı arxasına" gətirməyə hazırlaşır.
Fransalılar 52 yaşlı mütəxəssislə danışıqlara başlamaq ərəfəsindədir. PSJ rəhbərliyi Kristof Qaltyeni tezliklə Qvardiola ilə əvəzləmək istəyir.
Rəhbərlik həm də təcrübəli mütəxəssislə Lionel Messini yenidən bir araya gətirmək üçün səy göstərir.
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə 2025-ci ilədək müqaviləsi var.