İngiltərə Premyer Liqasında ayın baş məşqçisi və oyunçusu açıqlanıb.

Offsideplus.az xəbər verir ki,  sentyabr ayının baş məşqçisi "Mançester Yunayted"in çalışdırıcısı Erik Ten Haq seçilib. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

O, Antonio Konte (“Tottenhem”) və Qari O`Nildən (“Bornmut”) üstün olub.

Ayın futbolçusu adına isə Markus Reşford layiq görülüb.