"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola son dönəmlər performansına görə tənqid olunan Kriştiano Ronaldo barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 37 yaşlı hücumçunu dəstəkləyib:

"15 ildir Messi ilə birlikdə ən yaxşılardandır. Bu iki oyunçunun elədiklərini bir də görməyəcəyik. Onu izləməyin mənə zövq verdiyini deməkdən çəkinmirəm. "Mançester Yunayted"lə oyunda Kriştianonu cərimə meydançasından uzaq tutmaq üçün bütün gücümüzü ortaya qoymalıyıq. Çünki ora gələndə, dayandırmaq mümkün olmur".

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matçı oktyabrın 2-də Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.