"Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Volfsburq”dan Kevin Mbabunu transfer edib.  İsveçrəli müdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı oyunçu 2019-cu ildən Bundesliqa klubunda çıxış edirdi. O, indiyə qədər komanda ilə 82 matçda meydana çıxıb və 3 qol vurub. Kevin Mbabu 2018-ci ildən çağrıldığı İsveçrə millisində isə 22 oyunda iş başında olub.