"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın cinah müdafiəçisi Lisandro Martinesi transfer edib. 24 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Razılaşmaya əsasən tərəflər sözləşməni daha 1 il müddətinə artırmaq hüququna malikdirlər. Argentinalı futbolçunun transfer qiyməti haqda məlumat verilməyib. Amsterdam klubunun bu keçiddən 57 milyon avro qazanacağı gözlənilir.

Qeyd edək ki, Lisandro 2019-cu ildən çıxış etdiyi "Ayaks"da bütün turnirlərdə 120 oyuna çıxıb, 6 qol və 6 asisstlə fərqlənib. O, 2021-ci ildən oynadığı Argentina millisində isə 5 matç keçirib.