"Aston Villa" klubu heyətini "Sevilya"nın isveçli futbolçusu Lüdviq Auqustinson ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 28 yaşlı oyunçunu satınalma şərti ilə növbəti mövsümün sonuna kimi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Lüdviq geridə qalan mövsüm Əndəlüs təmsilçisinin heyətində 27 oyunda iş başında olub. O, 2015-ci ildən çağrıldığı İsveç millisində isə 46 matç keçirib.