Dieqo Karlos karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, “Sevilya”nın braziliyalı müdafiəçisinin “Aston Villa”ya keçidi rəsmiləşib. Dieqonun keçidi İngiltərə klubuna 30,5 milyon avroya başa gəlib.

Artıq birmingemlilər üçün tibbi müayinədən keçən futbolçu 4 illik müqaviləyə qol çəkib.