"Çelsi"də vəziyyət getdikcə pisləşir.

 Offsideplus.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubunun əsas oyunçuları klubu tərk etməyə hazırlaşır. Artıq onlar bu barədə vəkilləri vasitəsilə rəhbərliyi məlumatlandırıblar. Buna səbəb Böyük Britaniyanın ən böyük banklarından biri olan "Barclays"ın "zadəganlar"ın hesabını bloklaması olub. 

Qeyd edək ki,İngiltərə höküməti klubun sahibi Roman Abramoviçə sanksiyalar tətbiq edib.