Futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarının Rusiyaya yayımı dayandırılıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Bu addımın Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə atıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Fransa Liqa 1-nin də Rusiyada yayım hüququ dayandırılıb.