İngiltərənin "Everton" klubu əsas sponsorlarından birini itirə bilər.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Liverpul təmsilçisinin sponsoru olan "USM Holdinq"in sahibi, rusiyalı iş adamı Alişir Usmanovun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrinə görə, İngiltərəyə girişinə qadağa qoyulacaq.
Bu səbəbdən "Everton" klubu əsas maliyyə mənbələrindən birini itirmək təhlükəsiylə üz-üzə qalıb.
Qeyd edək ki, Alişir Usmanova qarşı sanksiya Rusiyanın Ukraynaya hərbi təcavüzüylə bağlı tətbiq edilir. Bundan əvvəl isə "Çelsi" komandasının rusiyalı sahibi Roman Abramoviçin Böyük Britaniyada yaşamasına qadağa qoyulub.