"Mançester Yunayted"in ulduzu futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Offsideplus.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı oyunçu klub karyerası ərzində 689-cu qolunu vurub. Bununla da o, Brazilya yığmasının sabiq hücumçusu Romarioya çatıb. 

Qeyd edək ki,Ronaldo bu uğura Premyer Liqanın 18-ci turunda "Brayton"la təxirə salınmış matçda imza atıb.