İngiltərənin “Vest Hem” komandasının pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zuma Fransa millisinə  çağırılmayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Didye Deşam məlumat verib. O, Zumaya çox qəzəbli olduğunu və bu səbəbdən, müdafiəçini millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.

Xatırladaq ki, Zuma etdiyi hərəkətə görə “Vest Hem” klubu tərəfindən cərimələnib.