"Mançester Siti"nin  baş məşqçisi Pep Qvardiola koronvirusa yoluxub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı çalışdırıcının COVİD-19 testi müsbət nəticələnib.

Onun köməkçisi Xuan Manuel Lilyonun da virus testi pozitiv çıxıb.