İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə COVİD-19 testindən keçib.

Offsideplus.az xəbər verir ki, 27 dekabr-2 yanvarda 14250 nəfərdən götürülmüş koronavirus testlərindən 94-ünün nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və onlar 10 günlük karantinə alınıblar.