"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu "Arsenal"la ( 3:2 ) qarşılaşmada qolu qeyd edərkən, dizindən zədələnib.
Bununla da o, "qırmızı şeytanlar"ın sabah Premyer Liqanın 15-ci turunda “Kristal Palas”la qarşılaşmasında forma geyinməyə bilər.