“Liverpul” klubu UEFA Çempionlar Liqasında İspaniyanın “Atletiko” komandasını məğlub edib - 3:2.

Offsideplus.az xəbər verir ki, həmin oyunda bir qol vuran Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb.

Salah “Liverpul”un heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçu olub. Misirli hücumçu turnirdə keçirdiyi 48 oyunda 31 qol vuraraq, bombardir olub.

Salah, bununla yanaşı, həm də, klub tarixində ardıcıl 9 rəsmi oyunda fərqlənən ilk oyunçu olub.