"Beşiktaş" Cenk Tosunun "Everton"a transferinin maliyyə tərəflərini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu Liverpul təmsilçisinə 22 milyon avroya satılıb. Bundan başqa, İngiltərə klubu Avropa Liqasına vəsiqə qazansa, "Beşiktaş"a 500 min avro çatacaq. Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə isə bu rəqəm 750 min avro olacaq.

Tosun Premyer Liqada azı 25 oyunda meydana start heyətdə çıxsa, Türkiyə klubu daha 500 min avro qazanacaq.

Türkiyə millisinin üzvü Premyer Liqada bir mövsümə 15 qol vursa, 500 min avro, 25 qol vursa, 1 milyon avro "Beşiktaş"a ödəniləcək.

qol.az