İngiltərə Premyer Liqasında koronavirusa qarşı peyvənd olunmaq məcburi olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, İngiltərə Futbol Asossiasiyası Premyer Liqada mübarizə aparan futbolçuların, məşqçilərin və klub əməkdaşlarının oktyabrın 1-dək vaksin olunmasını tələb edib. Göstərilən tarixədək hər kəs iki doza vaksinasiydan keçməlidirlər. Vaksinasiyadan imtina edən şəxslərin çempionat oyununda iştirakı mümkün olmayacaq. Vaksindən imtina edən klub isə Premyer Liqadan kənarlaşdırılacaq.

Oktyabrın 1-dək bir doza vaksin olunan şəxslərə isə iki həftə müddət veriləcək.

Premyer Liqada yeni mövsüm avqustun 13-də start götürəcək.