“Beşiktaş”ın futbolçusu Cenk Tosunun “Evertona”a keçidi həll olunub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer üçün “Everton” İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 2014-cü idlən “Beşiktaş”da çıxış edən Türkiyə millisinin üzvü 96 oyuna 41 qol vuurb.