"Liverpul" klubunda 2020-2021-ci illər mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu, Məhəmməd Salahdır. Misirli hücumçu azarkeşlərin səsverməsinə əsasən 1-ci olub.
Qeyd edək ki, Salah Premyer Liqada başa çatan mövsümdə 37 oyuna 22 qol vurub, 5 məhsuldar ötürmə edib.