"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "Bavariya"nın ulduzu Erlinq Haaland barədə açıqlama verib.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Haaland transferinin "Çelsi" üçün doğru zaman olmadığını deyib:

"İndi hazırkı futbolçularımızdan başqa bir oyunçunu düşünməyimizin vaxtı deyil. Bizim çıxışından razı qaldığımız və daha yaxşı oynamağa çalışan  futbolçularımız var. Onlara kömək etməyə çalışacağıq. Ümumilikdə isə mən xoşbəxtəm. Çünki biz yalnız qol vurmağı düşünmürük. Əlbəttə ki, qol vurmaq hər bir hücumçunu bir-birinə bağlayan şeydir. Yüksək səviyyəli futbolda bu, belədir. Oyunçularımızın daha çox qol vurmağı üçün yollar tapmağı gözləyirik. Onlara daha yaxşı şans yaratmaq üçün çalışmaqdan və həll yolları tapmaqdan heç vaxt əl çəkməyəcəyik".