“Nyukasl Cets” klubunun yarımmüdafiəçisi Rayli Makqri rəqib “Melburn Siti” komandasının qapısından inanılmaz qol keçirib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı Makqri oyunun 56-cı dəqiqəsində möhtəşəm qolla fərqlənib. Yarımmüdafiəçi ona ötürülən topa dabanı ilə toxunaraq, əqrəb zərbəsi ilə möhtəşəm qol vurub.