İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Liverpul" səfərdə "Kristal Palas"ın qonağı olub. İki gün əvvəl ilin ən yaxşı məşqçisi seçilən Yurgen Kloppun çalışdırdığı kollektiv rəqibi meydana çıxmağa peşman edib. Mersisaydlılar "Kristal Palas"ın qapısında 7 cavabsız top keçirib. 

"Kristal Palas" - "Liverpul" - 0:7
Qollar:
 Minamino, 3, Mane, 36, Firmino, 44, Henderson, 52, Firmino, 68, Salah, 81, 84.

Qeyd edək ki, bu qələbədən sonra xalların sayını 31-ə yüksəldən "Liverpul" birinci pillədəki yerini qoruyub.