Avropanın bir çox aparıcı ölkələrindən fərqli olaraq İngiltərədə 3 əvəzetməyə icazə verilir.

Pandemiyanın yaratdığı fasilədən sonra yerli federasiyalar futbolçuların sağlamlığını əsas tutaraq 90 dəqiqə ərzində 5 əvəzetmənin gerçəkləşməsinə icazə verib. Lakin premyer-liqada əvvəlki ənənə qorunmaqdadır. Bunun nəticəsidir ki, bir neçə cəbhədə mübarizə aparan "Liverpul" kimi komanda cəmi bir mərkəz müdafiəçisinin ümidinə qalıb. "Mançester Siti"də isə meydana buraxmağa hücumçu tapılmır.

Offsideplus.az xəbər verir ki, yaranmış vəziyyət iddialı komandaların baş məşqçilərinin ürəyincə deyil. Xüsusən də legioner məşqçilər "üsyan edir". Eurosport.az saytında yer alan geniş yazıda "Liverpul"lu Yurgen Kloppla "Mançester Siti"li Pep Qvardiolanın fikirlərinə yer verilib. Hər iki mütəxəssis 3 əvəzetməli sistemdən narazılığını ifadə edib. 

Yerli federasiyanın qış fasiləsində məsələni yenidən gündəmə gətirəcəyi və səsvermə əsasında növbəti qərarın qəbul olunacağı gözlənilir.