Premyer Liqanın son qalibi "Liverpul"un baş məşqçisi Yurgen Klopp gözlənilməz açıqlama ilə diqqət çəkib.

 Offsideplus.az xəbər verir ki, alman mütəxəssis "Sport Buzzer"a açıqlamasında 2024-cü ildə "Qırmızılar"la müqaviləsi bitdikdən sonra karyerasında 1 illik fasilə edəcəyini açıqlayıb:

"Futbola 1 il fasilə verəcəm və özümə futbol üçün üçün darıxıb-darıxmadığım barədə sual verəcəm. Cavabım "xeyr" olarsa, bu "baş məşqçi" Yurqen Kloppun sonu olacaq".

53 yaşlı məşqçi "Bir gün futboldan uzaqlaşsam,d arıxmayacağım tək şey var: Matç bitəndən dərhal sonra yaşanan yüksək gərginlik". 

12 sentyabrda başlayacaq yeni mövsüm barədə danışan Klopp "Yeni mövsüm üçün son dərəcə enerjili və həyəcanlıyıq, daha da yaxşı olmaq istəyirik. Meydanın dörd bir tərəfində topu və rəqibi qovmaq, rəqiblər üçün oynanması heç də əyləncəli olmayan son dərəcə arzuolunmaz komanda olmağa davam etmək istəyirik" sözlərini işlədib.