“Barselona”nın hücumçusu Osman Dembele karyerasını İngiltərənin "Liverpul" klubunda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki,  “qırmızılar” Dembele üçün Kataloniya klubu ilə danışıqlara başlayıb.

Liverpul təmsilçisi 23 yaşlı hücümçunu satın alma maddəsi ilə icarəyə də götürə bilər.

“Barselona”da gözləntiləri qarşılamayan fransalı uzun müddət zədəli olub.

Qeyd edək ki, 2017-ci ildən Kataloniya təmsilçisində çıxış edən Dembelenin klubu ilə müqaviləsi 2022-yə qədərdir.