"Vulverhempton" klubunun oyunçusu Adama Traore xəyalında olan klubun adını açıqlayıb.
Offsideplus.az Britaniya mediasına istinadla xəbər verir ki, 23 yaşlı hücumçu Madridin "Real" klubuna keçməyin onun ən böyük xəyalı olduğunu bildirib. İngiltərəyə "Barselona" klubundan ayrıldıqdan sonra gələn Traore ilk olaraq, "Aston Villa" və "Midlzbro"da çıxış edib. Daha sonra isə sözügedən futbolçu Espirito Santonun rəhbərliyi altındakı "Vulverhempton"a transfer edilib.
"Barselona" haqda hər zaman müsbət fikirlərinin olduğunu deyən Traore "Real"dan təklif gələcəyi təqdirdə tərəddüdsüz razılıq verə biləcəyini deyib.
Daşqın Əziz