"Tottenhem”in hücumçusu Harri Keyn klubunu dəyişməyəcək.

Offsideplus.az Fanat.Az-a istinadən istinadən xəbər verir ki, forvard rəhbərliyə daha bir mövsüm klubunda qalacağıyla bağlı söz verib.

Həftəlik 100 min funt-sterlinq maaş alan Keynin tələbi də var. O, əməkhaqqının nəzərəçarpan dərəcədə artırılmasını istəyir.

Qeyd edək ki, Madrid "Real”ının maraq dairəsində olan hücumçunun transfer dəyəri 200 milyon avrodu.