Bu gün "Napoli"nin baş məşqçisi postundan göndərilən Karlo Ançelotti 2 Premyer Liqa klubundan təklif alıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatı "Arsenal" və "Everton"un 60 yaşlı çalışdırıcı ilə artıq təmasa keçdiyini yazıb. Ançelottinin "Arsenal"ı çalışdırmaq şansı daha yüksək qiymətləndirilir.

Xatırladaq ki, Karlo Ançelotti "Napoli"yə ötən il təyin olunmuşdu. Ançelottinin istefaya göndərilməsinə səbəb klubun A Seriyasındakı çıxışı ilə  yanaşı, klubun prezidenti ilə münasibətlərinin pozulması göstərilir.