“Lester Siti”də göstərdiyi gözəl oyunu ilə diqqət mərkəzinə düşmüş Türkiyə yığmasının gənc futbolçusu Çağlar Söyüncü İngiltərə nəhənginin maraq dairəsinə düşüb.
Offsideplus.az xəbər verir ki, “Mançester Siti”nin Söyüncünü heyətinə qatmaq fikri olduğu bildirilir.
Bu mövsüm Premyer Liqaya o qədər də uğurlu olmayan start verən klubun baş məşqçisi Pep Quardiola dövrə arası transfer mərhələsi üçün futbolçunu siyahısına daxil edib.